Xəbər lenti

Birinci Divizion klubları cəzalandırıldı
İdman 15:26 07.04.2023

Birinci Divizion klubları cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, Birinci Divizionun 23-cü turuna həsr olunmuş iclasda aşağıdakı qərarlar qəbul edilib:

"Səbail-2” – "Kəpəz-2” oyununda "Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir.

"Səbail-2” – "Kəpəz-2” oyununda "Kəpəz-2” komandasının həkiminin "A” buraxılış vəsiqəsi olmadığına görə komanda 80 manat cərimə edilir.

"Neftçi-2” – "Şamaxı-2” oyununda "Şamaxı-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir.

"Mingəçevir” – "Zirə-2” oyununda "Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir.

MOİK – "Turan Tovuz-2” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilir.

"Araz Naxçıvan” – "Qəbələ-2” oyununda "Qəbələ-2” komandasının futbolçusu Rauf Rüstəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, komanda 320 manat cərimə edilir.

"Araz Naxçıvan” – "Qəbələ-2” oyununda "Qəbələ-2” komandasının meneceri Muraz Muradlı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə edilir.

"Sumqayıt-2” – "Qaradağ Lökbatan” oyununun keçirildiyi "Kapital Bank Arena”nın ehtiyat meydançasında texniki zonanın xətlənməsində nöqsanlar olduğuna görə "Sumqayıt-2” komandasına xəbərdarlıq edilsin.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->