Martın 23-də keçirdiyi son döyüş gecəsində rəqibi Andre Limanı dişlədiyi üçün diskvalifikasiya edildikdən və UFC-dən qovulduqdan sonra İqor Severino başına gələnlərdən danışıb.
Qaynarinfo-nun məlumatına görə, 20 yaşlı Severino peşəkar kimi MMA-da ilk məğlubiyyətini aldığı döyüş gecəsində rəqibi Andre Limanın qolundan dişləyib. Ancaq o, buna çox peşman olub.
UFC-nin prezidenti Dana Vayt hadisəyə münasibətini bildirərkən "Hər ikisi yüksəlişdə olan böyük məğlubiyyətsiz döyüşçülərdir. Əgər əsəbiləşirsinizsə və döyüşdən çıxmaq istəyirsinizsə, bunun üçün bir çox yol var, lakin edə biləcəyiniz ən pis şey rəqibinizi dişləməkdir. Çünki qovulursan və bir ömürlük fürsəti itirirsən" deyib.
UFC yarışlarından kənarda qalan Severino isə gündən-günə peşman olduğunu dilə gətirib. O, hisslərini ifadə edərək deyib: "Dəli oldular, bir neçə gün dəli oldular. Bir gün dünyanın ən yaxşı yarışında mübarizə aparırdım. Arzularımı gerçəkləşdirirdim. Sonrakı bir neçə dəqiqədə isə məni UFC-dən kənarlaşdırdılar".
İnternetdə "UFC-də gecənin dişləməsi" başlığı ilə yayımlanan şəkil 20 yaşlı braziliyalının karyerasına son qoyub. UFC-də çox erkən debüt və yüksək hədəfli bir karyera. "Mən təvazökar bir başlanğıcdan gəlirəm. Çox gənc yaşlarımdan işləmişəm. Yeniyetmə vaxtımda məşqə getmək və bura gəlmək üçün evdən ayrıldım. Bütün bunların yox olduğunu və necə getdiyini görmək planlarımın bir parçası deyildi. Mən bir insan deyiləm. Döyüşçü kimi o deyiləm. Çox təəssüflənirəm və kədərlənirəm", deyib Severino.
İdmançı üzr istəməkdən də çəkinməyib, baş verənlərdən sonra sakitləşməyə və artıq siyahısında olmadığı UFC-də iştirak üçün ikinci şans istəyib:
"Mənim yuxum bir gecədə kabusa çevrildi. Özümə görə çox təəssüflənirəm. Rəqibdən, Nevada Atletika Komissiyasından, döyüşdən sonra mənimlə danışan Şon Şelbidən, Mik Maynarddan və fanatlardan, buna televizorda baxan hər kəsdən üzr istəyirəm. Onlar bunu görməyə layiq deyildilər. Etdiklərimə haqq qazandıra biləcək heç nə yoxdur. Səhv bir şey etdim və cəza ədalətlidir. Məni işdən çıxardılar. Fikrimcə bu, baş verə biləcək ən pis şeylərdən biridir. Mənə pul ödəyəcəklərinə belə əmin deyiləm. Nə olduğunu bilmirəm. Onlar qərar verəcəklər, çünki bu pul heç mənim üçün də deyil. Məndən asılı olan bütün ailəm üçündür. Mübarizə mənim dolanışığım, kirayəni necə ödəyə biləcəyimdir".
Gənc idmançı Andre Limaya qarşı döyüş gecəsində baş verənlərdən sonra hədə mesajları aldığını da etiraf edib:
"Ailəmə hörmətsizlik edilir, plümlə hədələnir. Anamın, ailəmin bununla heç bir əlaqəsi yoxdur".
Şərhlər