Xəbər lenti

Bir milyon manatı ələ keçirən gənc biznesmendən xəbər var
Ölkə 10:40 04.12.2023

Bir milyon manatı ələ keçirən gənc biznesmendən xəbər var

Özünü yüksəkvəzifəli şəxsin qohumu kimi təqdim edərək dələduzluq əməli törətmiş 1993-cü il təvəllüdlü Əsəd Əsədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses dekabrın 4-nə təyin edilib.
 
Şikayət hakim Əlizamin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

O, cəzasının yüngülləşdirilməsini istəyir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əsədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, Ə.Əsədov Gəncədə avtomobil və ehtiyyat hissələrin satışı ilə məşğul olub. Onun orada bir neçə mağazası var imiş. Əsasən nisyə şəkildə mal alıb-satan Əsədov özünü vəzifəli şəxsin yaxını kimi təqdim edərək ümumilikdə 33 nəfərdən dəyəri 1 milyon manata yaxın olan ehtiyyat hissələri, avtomobillər və nağd pul alaraq dələduzluq edib. O, aldatma yolu ilə ələ keçirdiyi əmlakların xeyli hissəsini geri qaytarsa da, bir hissəsi qalıb.

Gənc iş adamı Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->