Xəbər lenti

Bill Qeyts keçmiş xanımı dünyanın ən böyük fondunu tərk edir
Dünya 19:20 14.05.2024

Bill Qeyts keçmiş xanımı dünyanın ən böyük fondunu tərk edir

Sahibkar Melinda Qeyts iyun ayında "Microsoft"un qurucusu və keçmiş əri Bill Qeytslə birlikdə rəhbərlik etdiyi xeyriyyə təşkilatının həmsədri vəzifəsini tərk etmək qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Diqqətlə düşünərək, Bill və Melinda Qeyts Fondunun həmsədri vəzifəsini tərk etmək qərarına gəldim. Fonddakı son günüm iyunun 7-də olacaq. Xeyriyyəçilik fəaliyyətimin növbəti fəslinə keçməyin vaxtıdır", deyə Melinda bildirib.

Qeyts diqqətini ABŞ-da və bütövlükdə dünyada qadın və qızların statusu, habelə bərabərliyin təşviqi və qorunması sahəsində işlərə yönəltmək niyyətindədir.

Bill Qeyts ilə razılaşmanın şərtlərinə görə, onun keçmiş arvadı fonddan ayrıldıqdan sonra qadınların və ailələrin maraqlarına uyğun gələcək fəaliyyətlər üçün 12,5 milyard dollar alacaq.

2000-ci ildə fəaliyyətə başlayan  Bill və Melinda Qeyts Fondunun məqsədi uşaq ölümlərini azaltmaq və xəstəlikləri aradan qaldırmaqla insanların həyatını yaxşılaşdırmaq idi. Fond keçən il 7 milyard dollar qrant ayıraraq ABŞ-da ən böyük xeyriyyə fondu və COVID-19 peyvəndlərinin aparıcı maliyyəçisinə çevrilib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->