"Amazon"un qurucusu Ceff Bezos 31 yanvar 2025-ci ilə qədər e-ticarət nəhənginin 50 milyona qədər səhmini satacaq.
Qaynarinfo xəbər verir ki, "Reuters" bu barədə şirkətin hesabatına istinadən yazıb.
"Plan 2023-cü ilin noyabrında razılaşdırılıb", deyə "Amazon"un mətbuat şərhində bildirib. Bir qiymətli kağız üçün hazırda 171,8 dollar tələb olunduğunu nəzərə alsaq, ümumi satış qiymətinin 8,6 milyard dollar olacağı deyilir.
"Amazon" səhmləri son maliyyə hesabatına əsasən, 7,87% artaraq 171,81 dollara çatıb. Oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti 2022-ci ilin eyni dövründəki 278 milyon dollara qarşı 10,6 milyard dollar təşkil edib. İl ərzində əməliyyat mənfəəti 5 dəfə artaraq 13,2 milyard dollara çatıb. Analitiklər bu il 10,4 milyard dollar proqnozlaşdırıblar.
Güclü performansına baxmayaraq, ilin sonunda "Amazon" dünyanın ən qiymətli brendləri siyahısında birinci yerdən dördüncü yerə düşüb. "Apple" 2023-cü ildə liderliyi ələ keçirib.
Aydın
Şərhlər