Xəbər lenti

Bəzi Aİ ölkələri bu il Fələstini tanıyacaq
Dünya 23:19 29.04.2024

Bəzi Aİ ölkələri bu il Fələstini tanıyacaq

Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell Fələstinin birliyin bir sıra ölkələri tərəfindən tanınacağını açıqlayıb. 

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Aİ rəsmisi bu barədə Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi iclası çərçivəsində danışıb.

Bildirilir ki, bu Aİ ölkələri 2024-cü ilin mayına qədər Fələstinin müstəqilliyini tanıya bilər. Agentliyin məlumatına görə, Fələstini tanımaq niyyəti barədə bəyanatlar İspaniya, İrlandiya, Malta və Sloveniya tərəfindən verilib.

Bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançes Aİ-də blok ölkələrinin Fələstini tanımağa hazır olduğuna dair aydın işarələrin olduğunu bildirib.

Sloveniya Mətbuat Agentliyi (STA) Sloveniyanın Baş Nazirinin Ofisində Milli və Beynəlxalq Təhlükəsizlik üzrə Dövlət Katibi Voyko Volka istinadən xəbər verib ki, ölkə Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) daimi üzv olmaq üçün müraciətini dəstəkləməyi planlaşdırır. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->