Xəbər lenti

İdman 17:52 06.03.2024

"Beşiktaş"ın sabiq ulduzu iki uşağı döyməkdə ittiham olunur

Keçmiş fransız futbolçu Paskal Numanın İstanbulda evinin yaxınlığında iki uşağı döydüyü iddia edilib.

Qaynarinfo-nun məlumatına görə, yolda ingilis mahnıları oxuyan iki uşağın arxasınca gələn Numanın əvvəlcə uşaqlara jestlər etdiyi, daha sonra onları tutub döydüyü bildirilib. Zorakılığa məruz qalan uşaqlar daha sonra ailələri ilə birlikdə polis bölməsinə gedərək Numadan şikayət edib.

Nouma deyilənləri etiraf etsə də, ona qarşı irqçi sözlər işlədiyini deyib. 

Noumanın da şikayət edəcəyi bildirilib.

Futbolçu 2000-2001 və 2003-cü illərdə  Türkiyədə "Beşiktaş"ın formasını geyinib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->