Xəbər lenti

İdman 13:24 30.03.2023

"Beşiktaş"ın futbolçularını təpikləyən azarkeşin cəzası bəlli oldu

Türkiyə Super Liqasının 5-ci turunda baş tutan "Ankaragücü" - "Beşiktaş" matçının sonunda meydana daxil olub qonaq komandanın futbolçularını təpikləyən xuliqan haqda qərar çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə Berkay adlı azarkeşə 1 il 8 ay həbs cəzası verilib. Məhkəmə idmanda zorakılığın qarşısının alınması haqqında qanunu pozduğu üçün 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. Bununla yanaşı təsirləndirilən şəxsə qəsdən sağlamlığa xəsarət yetirmə ittihamı ilə əlavə 5 ay həbs cəzası verilib. Beləliklə, ümumilikdə 1 il 8 ay müddətinə təxirəsalınmaz həbs cəzası qərarı çıxarılıb. 

2022-ci ilin sentyabrın 4-də Ankara keçirilən matçın final fitindən sonra Berkay adlı azarkeş qapının arxasındakı tribunadan meydançaya tullanaraq "Beşiktaş"ın futbolçularını təpikləmişdi. Hadisə ilə əlaqədar istintaq aparan Ankara Qərb Respublika Prokurorluğu ona 3 ilə qədər həbs tələbi ilə məhkəməyə müraciət edib.
 
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->