2022-ci ilin fevralından bəri on minlərlə rus Serbiyada yaşamaq icazəsi alıb, onlar indi Belqradda nəzərə çarpan diaspora təşkil edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Nəşr Serbiya Daxili İşlər Nazirliyinin məlumatlarını təqdim edir. Hesabata görə, 2022-ci ilin əvvəlindən 2023-cü ilin ortalarına qədər 30 min rus Serbiyada müvəqqəti yaşamaq üçün qeydiyyatdan keçib (daha yeni məlumat yoxdur).
Serbiyanın biznes reyestri göstərir ki, ruslar internet xidmətlərindən tutmuş qonaqlama və idman məktəblərinə qədər sektorlarda 11 081 biznes açıblar.
"Reuters" qeyd edir ki, Serbiyadakı rusların faktiki sayı, məsələn, Almaniyadakından az olsa da, onların mövcudluğu iki milyondan az əhalisi olan Belqradda hiss olunur. Agentlik qurulmuş diasporu "dinamik cəmiyyət" adlandırır və Serbiyanın paytaxtında Rusiyadan gələn mühacirlərə məxsus klubların, uşaq bağçalarının və tibb müəssisələrinin yaranmasından yazır.
"Ruslar ərzaqları Rusiya mağazalarından alırlar. Rusiya klubları, müğənnilər və komediyaçılar Rusiya klublarında, rusiyalı rəssamlar isə Rusiyaya məxsus qalereyalarda öz əsərlərini nümayiş etdirirlər", deə məqalədə deyilir.
Aydın
Şərhlər