Xəbər lenti

Bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub
Ekonomiks 13:21 16.09.2024

Bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

Biləsuvar rayon Aşağı Cürəli Muğan bələdiyyəsinin sədri Zahir Şirinov barəsində inzibati iş başlanıb. 

Qaynarinfo xəbər verir ki, bələdiyyə sədri İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1-ci (Mövcud yaşıllıqların uçota alınmaması və ya kadastrının aparılmaması) maddəsi ilə ittiham irəli sürülüb. 

Bu maddəyə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 3000 manat cərimə edilir.

İş baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

Mədinə Rəsulova iş üzrə hakim təyin edilib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->