2025-ci ildə Rusiya və Belarus İttifaq dövləti üçün yeni təhlükəsizlik konsepsiyası və iki ölkə üçün təhlükəsizlik zəmanətləri haqqında saziş qəbul edəcəklər.
Qaynarinfo xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda təhlükəsizlik zəmanətləri haqqında sazişin layihəsi təqdim olunacaq.
"Bu konseptual sənədlərin yubiley ilində işıq üzü görəcəyi çox simvolikdir. Dekabrda biz İttifaq dövlətinin yaranmasının 25-ci ildönümünü qeyd edəcəyik”, - Volfoviç "Milli Müdafiə” jurnalına deyib.
İddia olunur ki, konsepsiya layihəsində "İttifaq dövlətinin qarşılıqlı faydalı və bərabərhüquqlu beynəlxalq əməkdaşlıq üzrə strateji məqsədlərinə nail olmaq üçün” ABŞ, NATO və Avropa İttifaqının "dost olmayan” ölkələrinin siyasətlərinə birgə mübarizə haqqında müddəa öz əksini tapıb. Eyni zamanda, Belarus Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, sənəd "blok statusuna baxmayaraq, ayrı-ayrı dövlətlərlə praqmatik qarşılıqlı əlaqə” imkanını özündə saxlayır. Konsepsiyada həmçinin "NATO-nun MDB-də dağıdıcı fəaliyyəti” ilə bağlı müddəalar var.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iyun ayında Almatıda Aleksandrov Volfoviçlə görüşüb. Tərəflər, digər məsələlərlə yanaşı, İttifaq dövlətinin təhlükəsizlik konsepsiyasının hazırlanmasını və təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Belarus sazişinin layihəsini müzakirə ediblər.
Nizami Bağırov
Şərhlər