Xəbər lenti

Belarus Rusiyanın “Şahed” dronunu vurdu
Dünya 14:43 29.08.2024

Belarus Rusiyanın “Şahed” dronunu vurdu

Belarusda ilk dəfə Rusiya "Şahed”lərini vurmaq üçün aviasiyadan istifadə edilib. Rusiyanın Ukraynaya hücumu zamanı dronlar növbəti dəfə Belarus ərazisinə uçub.

Bu barədə Qaynarinfo "Belaruski Qayun” monitorinq qrupuna istinadən xəbər verir.

"Bu gecə, Ukraynaya növbəti hücumu zamanı "Şahed”lərdən biri yenidən Belarus ərazisinə, Elski rayonuna uçub", - məlumatda deyilir.

Monitorinq qrupunun məlumatına görə, "Şahed” Belarusun hava məkanına daxil olduqdan sonra "Belarus Hərbi Hava Qüvvələrinin qırıcısı pozucunu təqribən 20 dəqiqə təqib edib” və saat 03:55 radələrində Qomel vilayətinin Elski rayonunda "ən azı iki partlayış eşidilib və səmada parlaq parıltı müşahidə edilib".

"Beləliklə, bu, yəqin ki, Belarus Respublikası Hərbi Hava Qüvvələrinin qırıcısının səmada həqiqi hərbi hədəfi - Rusiyanın "Şahed” tipli kamikadze pilotsuz uçuş aparatını məhv etməyə cəhd göstərdiyi ilk qeydə alınmış hadisədir", - "Belaruski Qayun” bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->