Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibə başlayandan bəri ilk dəfə iştirak etməyə qərar verdiyi G20 liderlərinin sammiti əsas dünya güclərinin liderləri olmadan keçiriləcək.
Qaynarinfo xəbər verir ki, "Bloomberg" G20-nin sədri kimi tədbiri təşkil edən Hindistan Xarici İşlər Nazirliyinə
istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Szinpin çərşənbə günü, noyabrın 22-də videokonfrans vasitəsilə keçiriləcək G20 virtual görüşündə iştirakdan imtina ediblər.
Putinin 2021-ci ildən bəri ilk dəfə çıxış edəcəyi sammitdə Çini Si Szinpin əvəzinə Dövlət Şurasının baş naziri Li Çian təmsil edəcək. Bayden də tədbiri buraxacaq, lakin Hindistanın xarici işlər naziri Vinay Kuatra ABŞ prezidentini kimin əvəzləyəcəyini açıqlamayıb.
Kuatranın sözlərinə görə, G20 liderlərinin əksəriyyəti video sammitdə iştirak etməyə razılaşıb.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Putin geniş nitqlə çıxış edərək "qlobal iqtisadiyyat və maliyyədəki vəziyyət", eləcə də "iqlim gündəmi, rəqəmsallaşma məsələləri və digər mövzulara" toxunmaq niyyətindədir.
G20 liderlərinin əyani sammiti sentyabrın 9-10-da Yeni Dehlidə baş tutub və Hindistan Baş nazir Narendra Modinin adından Putinə dəvət göndərib. Lakin Rusiya prezidenti sammitdə iştirak etməyib.
Putin əvvəllər Cənubi Afrikada keçirilən BRICS sammitində iştirak etməyi düşünürdü, lakin ölkə hakimiyyəti onu Ukraynada hərbi cinayətlərə görə həbs olunacağı barədə xəbərdar etdikdən sonra səfəri ləğv etmək məcburiyyətində qalıb. 2022-ci ilin payızında Putin Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi İndoneziyada keçirilən G20 sammitində iştirak etməyib. 2021-ci ildə Romada keçirilən sammitdə Putin videobağlantı vasitəsilə iştirak edib və Kreml bunu CIVID-19 ilə bağlı "çətin epidemioloji vəziyyət”lə izah edib.
Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü "RİA Novosti"yə bildirib ki, 2023-cü ildə keçiriləcək virtual sammit zamanı Putinin heç bir ikitərəfli beynəlxalq danışıqları olmayacaq. O əlavə edib ki, Putin Rusiyanın hazırkı "çox təlatümlü” vəziyyətlə bağlı "mövqeyini” bildirməyi planlaşdırır. Peskov vurğulayıb ki, bu mövqe "kifayət qədər məlumdur, ardıcıl və balanslıdır”.
Nizami Bağırov
Şərhlər