Müğənni və aktrisa Ledi Qaqa Co Bayden tərəfindən Prezidentin Mədəniyyət və İncəsənət Komitəsinin həmsədri təyin edilib.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə Amerika liderinin mətbuat xidmətinin yaydığı bəyanatda
deyilir.
Sənəddə vurğulanır ki, Ledi Qaqa (əsl adı Stefani Joanne Angelina Germanotta) 13 Qremmi mükafatının sahibidir və tarixdə kommersiya baxımından ən uğurlu ifaçılardan biridir. Time jurnalı bir qədər əvvəl onu dünyanın 100 ən nüfuzlu adamı siyahısına salıb. Müğənninin xeyriyyəçilik işlərində və bəzi ictimai kampaniyalarda fəal iştirak etdiyi qeyd edilir.
1982-ci ildə yaradılmış Komitə ABŞ prezidentinə və ABŞ hökumət rəsmilərinə mədəniyyət siyasəti ilə bağlı məsləhətlər verir. Bayden cümə axşamı prodüser Bruce Cohen-i başqa həmsədr təyin edib.
Ledi Qaqa Bayden kampaniyası çərçivəsində dəfələrlə tədbirlərdə çıxış edib və ona dəstək kampaniyasında fəal iştirak edib. 2021-ci ilin yanvarında o, Baydenin andiçmə mərasimində ABŞ himnini ifa edib.
Alpər
Şərhlər