Xəbər lenti

Bayden Afrika ölkəsini NATO-dan kənar əsas müttəfiqi elan etdi
Dünya 13:30 24.05.2024

Bayden Afrika ölkəsini NATO-dan kənar əsas müttəfiqi elan etdi

ABŞ prezidenti Co Bayden Konqresə Keniyanı NATO-dan kənar ABŞ-ın əsas müttəfiqi kimi təyin etmək niyyətində olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin Keniya prezidenti Uilyam Rutonun səfəri ilə bağlı mətbuata açıqlamasında deyilir.

Birləşmiş Ştatlar bu statusu ABŞ hərbi və mülki müdafiə rəsmiləri ilə yaxın və strateji iş əlaqələri olan ölkələrə verir.

"Birləşmiş Ştatlar Keniyanın qlobal sülh və təhlükəsizliyə verdiyi töhfələrə dərin hörmət bəsləyir. Bu, ilk dəfədir ki, Saharadan cənubda yerləşən  Afrika ölkəsinə NATO-dan kənar əsas müttəfiq statusu verilir", deyə bəyanatda qeyd edilir.

Xatırladaq ki, Keniya prezidenti Uilyam Rutonun ABŞ-a səfəri ərəfəsində ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Korir Sinqoi Keniyanın yaxın günlərdə Haitiyə sülhməramlı qüvvələr göndərmək niyyətində olduğunu bildirib. ABŞ, bu sülhməramlı missiyanın əsas maliyyə və maddi-texniki sponsorudur.
 
Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->