Xəbər lenti

Bayden ABŞ əsgərlərinin ölümündən sonra İrana qəti cavab hazırlayır -
Dünya 14:36 29.01.2024

Bayden ABŞ əsgərlərinin ölümündən sonra İrana qəti cavab hazırlayır - "Bloomberg"

ABŞ prezidenti Co Bayden üç ABŞ əsgərinin İordaniyada pilotsuz uçuş aparatının hücumu nəticəsində öldürülməsindən sonra İranla qarşıdurma üçün artan təzyiqlərlə üzləşib.

Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir.

ABŞ-ın mövqeyi ilə tanış olan şəxs bildirib ki, həm də ən azı 34 nəfərin yaralanması ilə nəticələnən zərbə, oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrailə hücumundan və Yaxın Şərqdə yeni münaqişəyə səbəb olduqdan sonra ABŞ-ın gördüyü tədbirlərdən daha güclü reaksiyaya səbəb olacaq.

Ehtimallardan biri, ABŞ-ın iştirakını bəyan etmədən İrana zərbə endirəcəyi, lakin yenə də bununla İrana açıq siqnal göndərəcəyi gizli hərəkətlərdir. Bayden administrasiyası keçmiş prezident Donald Trampın 2020-ci ildə Bağdadda general Qasım Süleymaninin öldürülməsinə göstəriş verərkən etdiyi kimi İran rəsmilərini də hədəfə ala bilər.

"Bloomberg”in qeyd etdiyi kimi, bu hücum Baydeni prezidentliyinin ən vacib qərarlarından birini verməyə məcbur edir. O, hücuma görə məsuliyyət daşıyanları cəzalandırmaq və İranı bölgədəki hərəkətlərindən çəkindirmək istəyir. Lakin bu, ABŞ-ı HƏMAS-ın hücumundan sonra İraq və Pakistanda hücumlar təşkil edən Tehran rəhbərliyi ilə birbaşa qarşıdurmaya gətirə bilər.

O, həmçinin həmçinin gələcək iqtisadi risk pozulma potensialını da ölçməlidir. Belə ki, ABŞ qlobal kommersiya daşımalarının 12%-ni təşkil edən Qırmızı dənizdə ticarət gəmilərinə hücum edərək qlobal gəmiçiliyə zərbə vuran İranın digər proksi qüvvələri - husi yaraqlıları ilə mübarizə aparır.  

Bayden artıq İordaniyanın şimal-şərqində, İraq və Suriya sərhədləri yaxınlığında yerləşən Tower 22 adlı bazaya hücumdan sonra qisas alacağına söz verib.
"Biz bütün məsul şəxsləri özümüz seçdiyimiz vaxtda və qaydada məsuliyyətə cəlb edəcəyik”, - Bayden bildirib. 

Xatırladaq ki, oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayandan bəri İraq və Suriyadakı ABŞ bazaları İranın dəstəklədiyi qruplar tərəfindən dəfələrlə atəşə tutulub. Bu iki ölkədə çoxlu sayda hərbçi yaralansa da, ölən olmayıb.

Yanvarın 28-də İordaniyanın şimal-şərqində Suriya ilə sərhədə yaxın ərazidə PUA ABŞ hərbçilərinə hücum edib, nəticədə 3 əsgər həlak olub, çoxlu hərbçi  yaralanıb.

ABŞ-da İrana qarşı birbaşa hərəkətə keçmək üçün Baydenə təzyiqlər artmaqdadır və Konqresdəki respublikaçılar Baydeni İranın prokso qüvvələrinə cavab verməməkdə ittiham edirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->