Almaniyalı mütəxəssis Julian Nagelsmann "Bavariya"nın baş məşqçisi vəzifəsinə qayıda bilər.
Qayanrinfo xəbər verir ki, bu barədə "Mia San Mia" portalı məlumat yayıb.
Məlumata görə, Nagelsmannın qayıdışı Münhen klubunun idman direktoru Maks Eberl tərəfindən fəal şəkildə lobbiləşdirilir.
"Maks Eberl "Bavariya"da ən böyük Nagelsmann fanatıdır və onun gəlişini istəyir", deyə nəşr qeyd edib.
Nagelsmann "Hoffenhaym", "Leypsiq" və "Bavariya"nı çalışdırıb. "Bavariya" ilə birlikdə 2021/22 mövsümünün Almaniya çempionu olub. O. 2023-cü ilin sentyabrında Almaniya millisinin baş məşqçisi təyin edilib.
Nagelsmannın Almaniya Futbol Federasiyası ilə hazırkı müqaviləsi AVRO-2024-ün sonuna qədərdir. Məşqçi özü gələcək taleyi ilə bağlı qitə çempionatı başlamazdan əvvəl qərar vermək istəyir.
Avropa çempionatı 2024-cü ilin yayında Almaniyada keçiriləcək. Turnirin hazırkı qalibi həlledici görüşdə ingilisləri penaltilər seriyasında məğlub edən İtaliyadır.
Qeyd edək ki, hazırda "Bavariya"ya Tomas Tuçel başçılıq edir.
Aydın
Şərhlər