Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, yanvarın 21-də saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı nəticəsində 1980-ci il təvəllüdlü Ağcabədi rayon Kürtlər kənd sakini Faiq Abışovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər