Xəbər lenti

Baş nazir qeyri-qanuni miqrasiya ilə terrorizm arasında əlaqə tapıb
Dünya 22:23 25.10.2023

Baş nazir qeyri-qanuni miqrasiya ilə terrorizm arasında əlaqə tapıb

Avropa İttifaqına (Aİ) qeyri-qanuni miqrasiya ilə ittifaqda artan terror təhlükəsi arasında əlaqə var. 

Qaynarinfo PAP-a istinadən xəbər verir ki, bunu İtaliyanın baş naziri Corci Meloni bildirib.

O, Senatda çıxışı zamanı deyib ki, qeyri-qanuni sərhəd keçidlərinə qarşı mübarizə aparılmalıdır. Baş nazirin sözlərinə görə, Avropa dövlətləri çox vaxt qeyri-qanuni miqrantların radikallaşması riskindən xəbərdar olmalıdırlar.

"Terrorizmlə qeyri-qanuni miqrasiya arasında əlaqə olduğunu istisna edənlər və yanlış açıq qapı siyasətini davam etdirənlər yanıldılar", deyə Meloni bildirib.

Baş nazir vurğulayıb ki, Avropaya sızan radikallar yerli sakinlərin həyat tərzinə və azadlığına hücum etmək istəyirlər:

"Onlar bizə qorxu salmaq istəyirlər ki, gündəlik həyatdan əl çəkək. Avropada cavabımız aydın və birmənalı olmalıdır. Onlar uğur qazana bilməyəcəklər".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->