Xəbər lenti

Baş nazir:
Dünya 19:00 29.02.2024

Baş nazir: "Deputatlar təhdid edilir, təhlükəsizlikləri gücləndiriləcək"

İsrail və HƏMAS arasındakı müharibə fonunda Britaniya parlamentariləri təhdidlər alır, ölkə hakimiyyəti bunu "mob idarəçiliyindən"  "demokratiyanın qorunması" adlandıraraq, deputatların təhlükəsizliklərini əlavə maliyyələşdirməyə qərar verib.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Rişi Sunak deyib.

Baş nazir bildirib ki, Böyük Britaniyada "mob idarəçiliyinə" keçid təhlükəsi artır və polis demokratiyanın qorunmasını təmin etmək üçün daha çox işlər görəcək.

"Mob idarəçiliyinin demokratik idarəçiliyi əvəz etdiyinə dair artan konsensus var. Və biz hamımız birlikdə bunu təcili olaraq dəyişdirməliyik", deyə siyasətçi bildirib.

O, Britaniya hökumətinin polis tərəfindən "demokratik prosesi qorumaq üçün" 31 milyon funt-sterlinq ayıracağını elan etdikdən sonra bu barədə açıqlama verib. Digər məsələlərlə yanaşı, İsrail və HƏMAS arasında müharibə fonunda deputatların aldıqları təhdidləri nəzərə alaraq onların təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən söhbət gedir.

"Son bir neçə həftə ərzində biz deputatları qorxutmaq və demokratik proseslərimizə xələl gətirmək üçün rüsvayçı cəhdlərin şahidi olduq. Bu davranış demokratiyamız üçün təhlükə yaradır və cəmiyyətimiz üçün zəhərlidir", deyə təhlükəsizlik naziri Tom Tuqendat bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->