Xəbər lenti

İdman 16:32 23.04.2024

"Barselona"nın baş məşqçi postuna iki namizəd

Kataloniyalı "Barselona" İngiltərənin "Mançester Siti" klubunun çalışdırıcısı Pep Qvardiola və Londonun "Arsenal"ının çalışdırıcısı Mikel Artetanı komandanın baş məşqçisi postuna nəzərdən keçirir.

Poliqon xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Barselona" Xavini klubda qalmağa razı sala biləcəklərinə ümid edirdi, lakin komanda Çempionlar Liqasını tərk etdikdən sonra rəhbərlik mütəxəssisin perspektivləri ilə bağlı daha ehtiyatlı davranır.

Daha əvvəl jurnalist Aleks Pintanel bildirmişdi ki, "Barselona"nın prezidenti Xuan Laporta Xavini komandada qalmağa razı salmağa çalışır, lakin klub rəhbərliyində bu məsələdə konsensus yoxdur.

"Barselona" İspaniya çempionatının turnir cədvəlində hazırda 70 xalla ikinci yeri tutur. Turnir cədvəlinə 81 xalla "Real Madrid" başçılıq edir. 

Qeyd edək ki, Qvardiola 2008-2012-ci ilıərdə "Barselona"nın baş məşqçisi olub. Bu müddətdə o, iki Çempionlar Liqası olmaqla ümumilikdə 14 kubok qazanıb. Mikel Arteta uzun müddət Qvardiolanın köməkçisi olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->