"Beynəlxalq muğam müsabiqəsinə dünyanın bir çox ölkələrindən iştirakçılar qatılacaq”.
Bubarədə Qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim Qəzənfər Abbasov deyib. Onun sözlərinə görə, müsabiqə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək:
"Bakıda keçiriləcək bu müsabiqəyə dünyanın bir çox ölkələrindən - Türkiyə, Özbəkistan, İran, ərəb ölkələrindən iştirakçılar qatılacaq. Azərbaycan üzrə seçim turları artıq başlayıb. İki turun nəticələri yekunlaşıb, üçüncü tura hazırlıqlar gedir. Artıq ayın 30-da kimlərin müsabiqədə iştirak edəcəyi bəlli olacaq”.
Qəzənfər Abbasov bildirib ki, müsabiqəyə 20 iştirakçı qatılıb:
"Birinci turda 10 nəfər, ikinci turda isə 2 nəfər müsabiqəni tərk etdi. Hazırda müsabiqədə 8 nəfər iştirak edir. Onlardan 3 nəfər seçiləcək. İştirakçıların arasında Muğam Müsabiqəsinin iştirakçıları var”.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətində Əməkdar müəllim Qəzənfər Abbasov, Xalq artisti Siyavuş Kərimi, Zabit Nəbizadə, Səkinə İsmayılova, Mənsum İbrahimov təmsil olunur.
Bahar Rüstəmli
Şərhlər