"Azərbaycan Televiziya və Radio Verilişləri" (AZTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə keçmiş işçisi Həmid Mehdiyevlə arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, Həmid Mehdiyev 2019-cu ildə işdən çıxarılıb.
O, AZTV-də TV peyk avadanlıqları bölməsinin rəisi vəzifəsində işləyib və Rövşən Məmmədov AZTV-nin rəhbərliyinə gəldikdən sonra işdən çıxarılıb. Həmid Mehdiyev işə bərpa tələbi ilə məhkəməyə müraciət edib. İş hazırda apellyasiya mərhələsindədir. Şikayəti Həmid Mehdiyevin verdiyi bildirilir.
İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Məhəmməd Rüstəmlinin icraatındadır.
Həmid Mehdiyevin atası Əməkdar mühəndis Knyaz Mehdiyev də AzTV-nin işçisi olub. O, televiziyada texniki direktorun birinci müavini vəzifəsində çalışıb. Knyaz Mehdiyev də Rövşən Məmmədovun əmri ilə işdən azad edilib.
Knyaz Mehdiyev işə bərpa tələbi ilə Səbail Rayon Məhkəməsində iddia qaldırıb. Onun iddiası təmin edilib.
AzTV qərardan apellyasiya şikayəti verib. Lakin sonradan şikayət geri götürülüb. Bununla belə, Knyaz Mehdiyev işinə bərpa olunmayıb.
Knyaz Mehdiyev və xanımı Sədaqət Mehdiyeva məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Müraciətdə Rövşən Məmmədovun məhkəmə qərarlarını saymağıdı bildirilib.
Rövşən Məmmədov 2019-cu ildən AzTV-yə rəhbərlik edir.
Seyid
Şərhlər