"Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnaməsi, strukturu və işçilərinin say həddi təsdiq edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, QSC-nin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilib.
"Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi ilə buradan tanış olmaq mümkündür.
Qurumun strukturuna QSC-nin aparatı, "İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, "Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi, eləcə də Təsərrüfat cəmiyyətləri, idarə, filial və nümayəndəliklər daxildir.
Şərhlər