Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Naftalan şəhərində vətəndaş qəbulu keçiriləcək.
Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, noyabrın 4-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Naftalan şəhərinin, eləcə də Goranboy və Xocalı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
"Azəriqaz” vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional qaz istismarı İdarəsinə (tel: 050-845-92-92; 055-224-90-66) müraciət edə bilərlər.
Şərhlər