Xəbər lenti

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Şirvanda keçiriləcək
Ekonomiks 12:49 04.09.2023

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Şirvanda keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Şirvan şəhərində keçiriləcək.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şirvan şəhərində görüşü təşkil olunacaq.

Aksiya Hacıqəhrəmanlı qəsəbəsində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq. "Səyyar qəbul otağı” sentyabrın 6-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->