Albaniyanın "Eqnatia” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın paytaxtı İrəvana gedəcək.
Bu barədə "Qafqazinfo”ya futbolçunun özü məlumat verib.
O bildirib ki, komandasının "Ararat” klubuna qarşı səfərdə keçirəcəyi UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda iştirak edəcək: "Artıq biletim alınıb”.
Qeyd edək ki, "Ararat” – "Eqnatia” matçı iyulun 13-də baş tutacaq.
Şərhlər