Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.
"Report"un əldə etdiyi məlumata görə, 36 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.
Qeyd edək ki, martın 7-də reallaşacaq "Dinamo" - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.
Şərhlər