İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunu üçün azərbaycanlı azarkeşlər indiyədək 500-dən çox bilet alıblar.
Bu barədə Qaynarinfo-ya Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, matça iki gün qaldığı üçün sayın daha da artacağı gözlənilir.
"Köhlən atlar" bu gün, saat 17:00-da çarter reysi ilə Londona yola düşəcək. Görüşdən bir gün əvvəl, Bakı vaxtı ilə saat 18:30-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı gerçəkləşəcək. Bundan yarım saat sonra isə komandanın açıq məşqçi olacaq. Ölkə çempionu maçtdan sonra Vətənə qayıdacaq.
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək "Tottenhem” – "Qarabağ” oyunu Bakı vaxtı saat 23:00-da start götürəcək.
Şərhlər