Xəbər lenti

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? (RƏSMİ)
Ölkə 12:26 13.07.2022

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? (RƏSMİ)

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

Səhiyyə Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, hazırda ölkədə vəziyyət sabitdir, epidemioloji vəziyyət izlənilir.

Qeyd olunub ki, yoluxma faktı qeydə alınmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən istifadə edilməyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->