Xəbər lenti

Azərbaycanda ilk: Ana və qızı eyni komandada (FOTO)
İdman 20:30 12.11.2023

Azərbaycanda ilk: Ana və qızı eyni komandada (FOTO)

Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq bir matçda ana və qız eyni vaxtda meydançaya çıxıblar.

"Qafqazinfo” xəbər verir ki, Avropa çempionatının (EUROBASKET-2025) seçmə mərhələsinin C qrupunda baş tutmuş Azərbaycan və Belçika milliləri arasında keçirilən oyunda (28:136) Tatyana Deniskina və qızı Ancelina İsmayılova eyni anda parket üzərində olublar.

Xatırladaq ki, Ancelina İsmayılova U-16 Azərbaycan milli komandasının tərkibində qızlar arasında basketbol üzrə Avropa çempionatı C divizionunun qalibidir.

Qeyd edək ki, yığmamız Belçikaya 135:28 hesabı ilə uduzub.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->