"Hazırda məzənnənin ucuzlaşması gündəmdə deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli dollara tələbin artması konteksində manatın məzənnəsinin necə dəyişəcəyini izah edərkən deyib.
Ekspert dolların bir neçə ay ərzində az-az bahalaşacağını bildirib:
"Yəni dolların bahalaşması qəfil sayılmır. Dollara tələbin artması konteksində manatın məzənnəsində heç bir dəyişiklik gözlənilmir. Maliyyə Nazirliyinin irəli sürdüyü büdcədə dolların manata bir yetmiş piroritetində hazırlandığını göstərir. Bu o deməkdir ki, hökumət ən azı yaxın bir il ərzində devalvasiya planlaşdırmır”.
Xalid Kərimli bildirib ki, neftin qiymətinin yüksək olduğu dönəmdə yaxın aylar üçün heç bir risk və narahatlıq gözlənilmir:
"Həm də nəzərə alsaq ki, ölkədə infliyasiya var. İnfliyasiya insanları yorur, pulu dəyərdən salır, hökumət üçün də ciddi baş ağrısına çevrilib. Belə vaxtlarda məzənnənin ucuzlaşması gündəmdə deyil”.
Xalid Kərimli vurğulayıb ki, hökumət həmişə son anda iqtisadi amilləri əsas gətirərək qərar verir:
"İqtisadi vəziyyət də hələ məzənnənin dəyişməsini xüsusi zəruri etmir. Burada əsas nüans Azərbaycanın valyuta gəlirlərinin kifayət qədər olması, Mərkəzi Bankın rezervlərinin artmasıdır. Mərkəzi Bankın bu günlərdə bəyanatından da başa düşmək olur ki, hətta manatın güclənməməsi üçün il ərzində daha çox alış yönümlü dollarla mədaxil edilib. Yəni dollar alıb ki, dollar ucuzlaşmasın”.
Bahar Rüstəmli
Şərhlər