Xəbər lenti

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər etdi
Ölkə 17:14 07.10.2024

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər etdi

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bu ilin I yarısını 16,875 milyon manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti ötən ilin I yarısından 18,715 milyon manat xalis mənfəətlə çıxmışdı

"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında ASCO-nun əsas əməliyyat (satışdan) gəlirləri 202,051 milyon manat (1 il əvvələ nisbətən 27,2 % az), satışının maya dəyəri 167,657 milyon manat (9,8 % az), ümumi-inzibati xərcləri 28,058 milyon manat (11,5 % az), sosial xərcləri 1,944 milyon manat (2,5 dəfə çox), digər əməliyyat gəlirləri 23,505 milyon manat (2,1 dəfə çox), digər əməliyyat xərcləri 45,964 milyon manat (31,9 % çox), əsas vəsaitinin silinməsi xərcləri 43 min manat (65,4 dəfə az), məzənnə fərqindən zərəri 564 min manat (25,6 % az), maliyyə xərcləri 6,748 milyon manat (95,6 % çox), birgə müəssisələrin maliyyə nəticələrindəki pay hesabına gəlirləri isə 8,547 milyonm manat (1 il əvvəl olmayıb) təşkil edib.

Bu il iyulun 1-nə ASCO-nun aktivləri 1 milyard 814,987 milyon manat olub ki, bu da illik müqayisədə 17,8 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 14,5 % artaraq 395,43 milyon manata, balans kapitalı isə 18,8 % artaraq 1 milyard 419,557 milyon manata çatıb.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->