Azərbaycandakı cəzaçəkmə müəssisələrində ABŞ, Banqladeş, Belarus, Çin, Əfqanıstan, Əlcəzair, Ermənistan, Gürcüstan, Hindistan, İran, İraq, Konqo, Nigeriya, Livan, Maldiv, Ermənistan, Mərakeş, Qvineya, Misir, Özbəkistan, Pakistan, Şri-lanka, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan, Oman, Rusiya, Ukrayna vətəndaşları var.
Bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Hüquq şöbəsinin rəisi, ədliyyə polkovniki Ziya Dadaşov "Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminarda deyib.
O qeyd edib ki, həmin əcnəbilər arasında ömürlük cəza çəkən şəxslər də var:
"Onların 4-ü vətəndaşlığı olmayan, 4-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Qazaxıstan, 1-i İran vətəndaslarıdır".//Report.az
Şərhlər