Xəbər lenti

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nəşr olundu
Ölkə 14:25 15.12.2023

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nəşr olundu

Dövlət Tərcümə Mərkəzi Azərbaycan dilinin və ədəbiyyatının böyük hamisi, əbədiyaşar milli lider Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Ana dilimizin yeni və daha təkmil orfoqrafiya lüğətini ərsəyə gətirib. 

Söz ehtiyatımızı milli orfoqrafiya lüğəti tarixində (1929–2021) mənbə nəşrlərdə yer almamış aydın, banbal, batağan, bişməcə, boyaçı, böv, buzxana, bükməçi, bürümə, ceviz, çaba, çağrı, çaxçur, çaxıntı, çalkeçir, çətələ, çinə, çivzə, çodar, dağçı, deşdək, dərnə, diləkçə, diriliş, dolğu, əkinti, əntiqçi, əsim, gödəkçə, görəlgə, görüntü, gözləm, guppun, gülməcə, günəşum, güvən, köçkün, kürəyəc, qamçı, qayım, qomarğa, qorqud, qovana, qurğan, qural, quralma, qurmaca, quytun, quzaq, lumu, maya, milçə, odər, olum, ora, ova, ovxam, önəm, özüm, paravan, sadaq, sağın, sarğac, silgəc, suvama, suyum, südçörəyi, sürəc, taxım, tanıtım, torumca, turan, tutağac, tutama, yadırğa, yayaq, yetənək, yorğu, uca və s. kimi minlərlə (ümumi sayı 30 000-dən çox) saf Azərbaycan sözləri, bitki, heyvan, silah, minik, alət, qurğu adları, eləcə də müasir həyatımızda geniş işləklik qazanmış anneksiya, antiterror, bioenerji, biosistem, bloger, bloq, boulinq, datakart, daycest, demarkasiya, deşifrə, destabil, detoks, dominat, dopler, eksport, ekzitpol, eleqant, elitar, emiqrant, emiqrasiya, entuziazm, erudit, eyforiya, feysbuk, flot, gid, inisial, instaqram, kardiocərrah, kseroks, login, logistika, loqo, mesencer, parfüm, ratsiyaçı, reformçu, reket, rezus, rezüme, rul, satiraçı, skalpel, skrinşot, sloqan, sosium, spot, ştrixkod, tester, tvitter, yutub, vayber, vitraj, vizaj və s. kimi terminlərlə zənginləşdirən lüğətin daha  bir əlamətdar uğuru son illər ölkədə geniş işləklik qazanmış yüzlərlə türkkökənli sözlərlə dolğunlaşdırılması və nəticə etibarilə dilimizin Ana kitabının mənzərəsinin dəyişilərək ona türk dilləri qrupunun aparıcı və ümumişlək dil vəsaiti statusu qazandırmasıdır.

Lüğətin tərtib müəllifi – Xalq yazıçısı Afaq Məsud, Ön sözünün müəllifi redaksiya heyətinin üzvü – akademik Nizami Cəfərov, redaksiya heyətinin digər  üzvləri – filologiya elmləri doktoru, professor Vilayət Quliyev, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor Cəlil Nağıyev, filologiya  elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya  elmləri doktoru, professor Rüstəm Kamal və filologiya üzrə fəlsəfə doktoru, dilçi-alim İsmayıl Məmmədovdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->