Xəbər lenti

Azər Bağırov: “Qarabağ”ı üstün hesab edirəm”
İdman 20:12 03.11.2022

Azər Bağırov: “Qarabağ”ı üstün hesab edirəm”

Bu gün "Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində son matçına çıxacaq. Azərbaycan çempionu Bakıda Bundesliqa təmsilçisi "Frayburq”la qarşılaşacaq.

Azər Bağırov Qaynarinfo-ya açıqlamasında Ağdam klubunun şanslarını dəyərləndirib. Mütəxəssis proqnoz verərək "Qarabağ”ı daha şanslı hesab edib:

"Ağır oyun olacağını hamımız bilirik. Evdə oynamağımız bizim üçün böyük üstünlükdür. Yəqin ki, böyük azarkeş dəstəyi olacaq. Bunun köməyi dəyə bilər. "Frayburq” barəsində çox sözlər deməyə ehtiyac yoxdur. Son oyunda "Şalke”ni 2:0 məğlub ediblər. Həm də Avroliqada turnir cədvəlində birinci yeri təmin ediblər. Lider kimi bura gəlmələri onlar üçün üstünlük sayılır. Keçən oyundan bəri yaralı yerimiz var - Şahruddinin səhvini nəzərdə tuturam. Məncə azarkeşlər onu unutdurmalıdırlar ki, Şahruddin özünü yaxşı hiss eləsin. Çünki o, mənim üçün Azərbaycanda bir nömrəli, əvəzolunmaz qapıçıdır. Şahruddinin elə qurtarışları var ki, bəlkə də heç bir qapıçı edə bilməz”.

Bağırov "Qələbə mümkündürmü?” sualını belə cavablandırır:

"Niyə də yox? Sadəcə, inanmaq lazımdır. İnanaq ki, matçdan sonra gülən tərəf biz olacağıq. Azarkeşlərimiz komandaya çox dəstək olur. "Qarabağ"ın öz dəst-xətti var. Oyun üslubu baxımından Avropa komandalarından heç də geri qalmır. Kimin qələbə qazanacağına gəlincə, 60-ın 40-a faiz nisbətilə "Qarabağ”ı üstün hesab edirəm”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->