Xəbər lenti

Azər Bağırov istefaya göndərildi
İdman 16:27 06.04.2024

Azər Bağırov istefaya göndərildi

"Araz-Naxçıvan” baş məşqçisi Azər Bağırovla yollarını ayırıb.

Bu barədə "Report”a Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusifov məlumat verib.

Onun sözlərinə görə, 40 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib: "Dünənki oyundan sonra rəhbərliyin görüşü oldu, müzakirə aparıldı. Qarşılıqlı razılıq əsasında baş məşqçi ilə yollarımızı ayırmaq qərarına gəldik”.

İcraçı direktor komandanın son vaxtlar Premyer Liqadakı nəticələrinin istefaya səbəb olduğunu gizlətməyib: "Komandanın son durumu məlumdur. Mövsümə yaxşı başlamışdıq. Lakin son vaxtlar "qara zolağ”a düşdük. Uzun müddət vəziyyətdən çıxmağa çalışdıq. Sonda yolların ayrılması məqsədəuyğun bilindi”.

Qeyd edək ki, "Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında I Divizionun çempionu olub. Komanda 29 turdan sonra 32 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->