Xalq artisti Azərpaşa Nemətovun vəfatından sonra Akademik Milli Dram Teatrına direktor təyinatı ilə bağlı müxtəlif versiyalar irəli sürülür.
Qaynarinfo xəbər verir ki, həmin namizədlərin arasında Xalq artisti Nurəddin Mehdixanlı, Xalq artisti Bəsti Cəfərova və Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının Baş rejissoru Mehriban Ələkbərzadənin adı hallanır.
Xalq artisti Bəsti Cəfərova saytımıza açıqlamasında belə bir iddiası olmadığını bildirib. Nurəddin Mehdixanlı isə mətbuata açıqlamasında deyib ki, "Azdrama”ya kimin direktor təyin olunmasından asılı olmayaraq, bu məsələdə kollektivin rəyini öyrənməyə ehtiyac var.
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən deyilənlərin əsassız olduğunu bildirdilər.
Qeyd edək ki, mərhum, Xalq artisti Azərpaşa Nemətov aprel ayının 9-da dünyasını dəyişib. O, 2016-cı ildən Akademik Milli Dram Teatrının direktoru vəzifəsində işləyib.
Bahar Rüstəmli
Şərhlər