Xəbər lenti

Azarkeşlər Xabi Alonsonun adının bu yolla əbədiləşdirilməsini istəyir
İdman 14:36 18.04.2024

Azarkeşlər Xabi Alonsonun adının bu yolla əbədiləşdirilməsini istəyir

"Bayer"i Almaniya Bundesliqasında bu mövsüm çempionluğa daşıyan Xabi Alonsonun adının bir küçəyə verilməsi istənilir.

Qaynarinfo-nun məlumatına görə, Leverkuzendəki "Bismarkstrasse"nin azarkeşlər tərəfindən "Xabi-Alonso küçəsi" adlandırılması istənilib. Bir çox azarkeşlər Xabinin adının sözügedən küçəyə qalıcı olaraq verilməsinin tərəfdarıdır.

Ancaq bu məsələnin qarşısında siyasi maneə var. Belə dəyişiklik üçün qanuni prosesə əməl edilməlidir. Şəhər şurasının qəbul etdiyi qərara əsasən, indi küçələrə fərdi adların verilməsi qadağandır. Qaydalara görə heç kim pərəstiş etdiyi adamları küçə adları ilə şərəfləndirə bilməz. 

Alonsonun baş məşqçisi olduğu "Bayer" Bundesliqanın 29-cu turunda "Verder"i 5:0 hesabı ilə məğlubiyyətə uğradaraq Almaniya çempionluğunu təmin edib. Bununla da tarixində ilk dəfə belə titul qazanan klub "Bavariya"nın ardıcıl 11 illik çempionluq seriyasına son qoyub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->