Xəbər lenti

AY Pariya rəsmiləri Ərdoğanın baş məsləhətçisi ilə görüşdü (FOTO)
Foto 18:13 28.11.2022

AY Pariya rəsmiləri Ərdoğanın baş məsləhətçisi ilə görüşdü (FOTO)

Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyəti bu gün Ankarada Türkiyə Cümhuriyyətinin prezidenti Recep Tayyip Erdoğannın baş məsləhətçisi İhsan Şenerlə görüşüb.

Qaynarinfo xəbər verir ki, görüş zamanı dövlətlərarası əlaqələrin daha da dərin inkişafı üçün perspektivlər dəyərləndirilmiş, Türk Dövlətləri arasındakı milli-ideoloji və digər zəruri əlaqələrin inkişafı üçün ortaq layihələrin hazırlanmasının önəmi vurğulanmışdır. Həmçinin 
44 günlük Vətən Savaşı sonrası Azərbaycan və Türkiyənin gücünün artdığı, regionun önəmli söz sahibi dövlətlərinə çevirildiyi vurğulanıb, digər mövzularda müzakirələr aparılıb.

Görüşun sonunda AY Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi hörmətli İhsan Şenerə təqdim olunub, xatirə fotoları çəkdirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->