Bakıda məşhur avtoyuma məntəqəsində sürücünün 6 minlik qol saatı oğurlanıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonunda yerləşən "Avto-yuma 064" adlı obyektdə baş verib.
Belə ki, 1987-ci ildə Gəncə şəhərində anadan olmuş Elşad Həsənov (soyad şərti) avto yuyucu işlədiyi yerdə "Chevrolet" markalı "Malibu" modelli avtomobilin sürücüsünün üzərində "Perrelet 1777" (A1047/D0472) yazıları olan qol saatını oğurlayıb.
Təqsirləndirilən şəxs saxlanılandan sonra bazar dəyəri 6.000 manat olan qol saatını zədələnmiş halda qaytarıb. Saatın kəməri qırılıb ki, onun da qiyməti 250-300 dollardır.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 1 il 11 ay 22 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Elşad cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməyəcək və üzərində elektron nəzarət vasitəsini gəzdirəcək.
Əhməd
Şərhlər