Xəbər lenti

Avropa Ukraynaya sülhməramlı qüvvələr göndərə bilər - Şərt açıqlandı
Dünya 17:14 21.10.2024

Avropa Ukraynaya sülhməramlı qüvvələr göndərə bilər - Şərt açıqlandı

Avropa ölkələri Ukraynaya Avropa sülhməramlılarının göndərilməsini müzakirə edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” məlumat yayıb.

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Rusiya və Şimali Koreya (KXDR) arasında əməkdaşlıq şayiələrinin Ukraynanın tərəfdaşlarından daha qətiyyətli addımlar tələb etdiyini vurğulayıb. O bildirib: "Əgər rus cəza dəstələrinin Şimali Koreya silahları və əsgərləri ilə təchiz olunduğu məlumatı təsdiqlənərsə, biz "Avropa çəkmələrinin Ukrayna torpaqlarına dəyməsi" ideyasına və Makronun təklif etdiyi digər fikirlərə qayıtmalı olacağıq".

Litvanın XİN rəhbəri əlavə edib ki, Avropa hələ də passiv davranır, lakin o, Ukraynanın müttəfiqlərinin münaqişənin həlli üçün bütün zəruri proaktiv addımları ata biləcəyinə inanır.

2024-cü ilin fevral ayında Fransa prezidenti Emmanuel Makron Ukrayna ərazisində fransız qoşunlarının yerləşdirilməsi ideyasını irəli sürmüşdü. Lakin Almaniya kansleri Olaf Şolts tez bir zamanda bu təklifi rədd edərək bildirib ki, "Ukrayna torpaqlarına Avropa ölkələri və ya NATO üzvü dövlətlər tərəfindən heç bir quru qoşunu göndərilməyəcək".

Aİ-nin anonim konservativ deputatına görə, Avropada sülhməramlıların Ukraynaya göndərilməsi məsələsi yalnız müharibənin başa çatmasından sonra nəzərdən keçiriləcək. Avropa siyasətçiləri münaqişənin eskalasiyasına yol vermək istəmirlər.

Qərb rəsmiləri qeyd edirlər ki, əgər Şimali Koreyanın hərbçilərinin Ukraynaya göndərilməsi təsdiqlənərsə, bu, ciddi eskalasiyaya səbəb olacaq. Fransanın xarici işlər naziri Jan-Noel Barro belə bir senarinin münaqişəni "yeni mərhələyə" çıxaracağını vurğulayıb.

Ukraynanın Qərb müttəfiqləri Şimali Koreyanın Rusiyaya Ukraynaya qarşı müharibədə kömək etmək üçün minlərlə əsgər göndərməsi xəbərlərindən narahatdırlar. Bununla belə, ABŞ müdafiə naziri Lloyd Ostin və NATO baş katibi Mark Rütte Pxenyanın münaqişədə birbaşa iştirakını təsdiqləməkdən imtina ediblər.

G7 müdafiə nazirləri də Neapolda həftəsonu keçirilən görüş zamanı bu şayiələri təsdiqləməyiblər. Buna baxmayaraq, Ukrayna və Cənubi Koreya Pxenyanın artıq Rusiyaya təxminən 12.000 əsgər göndərdiyini bəyan ediblər.

Brüsseldə keçirilən görüş zamanı Fransa, Almaniya, ABŞ və Böyük Britaniya liderləri Şimali Koreya qoşunları barədə danışmayıblar. Bundan əlavə, onlar Ukraynanın NATO-ya qoşulması məsələsində fikir ayrılığı yaşayıblar.

Finlandiyanın müdafiə naziri Antti Hakkianen hesabatların NATO ilə Hind-Sakit okean bölgəsindəki tərəfdaşlar arasında əlaqələrin qurulmasının vacibliyini göstərdiyini bildirib. O vurğulayıb ki, Rusiya müttəfiqləri Ukraynaya qarşı müharibəyə hər keçən gün daha çox cəlb olunur.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->