Bu gün "Qarabağ” Avropa Liqasının qrup mərhələsində start oyununa çıxıb.
Qaynarinfo xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu öz meydanında "Molde” ilə qarşılaşıb.
Hər iki komanda Avropa kuboklarında mübarizəyə Çempionlar Liqasından başlayıb.
"Qarabağ” II təsnifat mərhələsində "Rakuv”a, Norveç çempionu isə "Qalatasaray”a məğlub olub.
Azərbaycan çempionu 90 dəqiqqənin tamamında rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qrupun digər matçında Almaniyanın "Bayer” klubu İsveçin "Haken” komandasına 4:0 hesabı ilə qalib gəlib.
Avropa Liqası
Qrup mərhələsi
I tur
21 sentyabr
Qarabağ - Molde (Azərbaycan) 1:0
Qol: Leandro Andrade, 56.
Qarabağ: 99. Andrey Lunyov, 2. Mateu Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Molde: 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus VolffEikrem (k).
Ehtiyat oyunçular: 12. Oliver Petersen, 34. Peder Lervik, 4. Kristian Kappis, 5. Eyrik Hestad, 8. Fredrik Qulbrandsen, 10. Erik Kitolano, 19. Eyrik Haquan, 20. Kristian Eriksen, 21. Martin Linnes, 22. Maqnus Qrödem, 33. Niklas Edeqor.
Baş məşqçi: Erlinq Moe.
Baş hakim: Con Biton (Şotlandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Şərhlər