"Atletiko”nun azarkeşləri Joao Feliksin köynəyini yandırıb.
Qaynarinfo-nun məlumatına görə, bu, İspaniya La Liqasının 29-cu turu çərçivəsində "Barselona” ilə matçdan əvvəl baş verib. Madrid klubunun azarkeşləri müqavilə ilə hələ ki, "Atletiko”ya məxsus olan futbolçunun formasını alovlara atıb. Feliks "Barselona”da icarə əsasında çıxış edir və müqavilə müddəti bu ilin yayına qədərdir.
"Atletiko” - "Barselona” matçı qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Səbuhi Həsənov
Şərhlər