Ramazan ayında ən çox müzakirə olunan mövzulardan biri ifrar süfrələrinin təşkilidir. Ən çox da müzakirə olunan məsələ iftar süfrələrinə kimlərin dəvət olunması ilə bağlıdır. Oruc tutanların oruclu olmayanları iftara dəvət etməsi birmənalı qarşılanmır. Digər tərəfdən, İslam dininə, ehkamlarına qarşı çıxışları ilə tanınan ateistlərin iftar süfrələrində əyləşməsi ironiyaya səbəb olur.
İftar süfrəsində kimlər olmalıdır?
Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf Sərdarov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu məsələdə niyyət əsasdır:
"İftar verənin niyyətinə bağlı məsələlərdir. Əgər bir insan iftar süfrəsi təşkil edirsə və məclisində ancaq oruc tutanları görmək istəyirsə, süfrə başında oruc tutanlar əyləşməlidir. Yox, əgər bir insan süfrə açıb, insanları Ramazan ayında süfrəyə dəvət edirsə və məqsədi orucu təbliğ etməkdirsə, həmin masada hər bir insanın əyləşməyə ixtiyarı var. Yox, əgər niyyətini konkretləşdiribsə ki, mən bu iftarı ancaq oruc tutanlara verəcəyəm, bu halda onun məclisində oruclu şəxslərin oturması daha məsləhətlidir. Amma bütövlükdə iftar süfrəsində hər kəsin dəvət olunması müsbət haldır. Çünkü həmin şəxs iftar süfrəsində oturanda orada olanları görür. Gələcəkdə həmin süftədə oturan şəxslərin sevincini bölüşmək üçün özü də oruc tuta bilər".
Hacı Rauf Sərdarov iftar süfrələrində israfa yol verilməməsini məsləhət edib:
"Allah israf edənləri sevməz. İstər iftar süfrəsində, istərsə də digər süfrələr olsun - orada israfçılıq varsa, bu dində bəyənilməyən əməldir. Süfrədə bir insanı doyura biləcək qədər nemətlər olarsa, kifayyət edər. Dində qadağan olunan əməllərdən biri də israfçılıqdır".
Bahar Rüstəmli
Şərhlər