"Vasifin səhhətində irəliləyiş var, Allaha şükür yaxşıdır. Hər şey qaydasındadır. Sadəcə, çənəsində problem var. Güllə çənəsindən girib, yanağından çıxıb. Damağında tikişlər hələ tam açılmayıb. Çənəsinə metal vurulub. Danışa bilmir...”
Bu sözləri Pravda.az-a açıqlamasında İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyevin atası Natiq Tağıyev deyib.
"Vasif evdədir, həkim nəzarətindədir. Hər gün hospitala gedib-gəlirik. Sabah da xəstəxanaya gedəcəyik. Allah hər kəsin köməyi olsun…”, - N.Tağıyev bildirib.
Şərhlər