Türkiyə millisinin sabiq futbolçusu Arda Turan özünü hansı klubun əfsanəsi kimi gördüyünü açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, keçmiş futbolçu UEFA TV-yə açıqlamasında "Atletiko"nun heyətində Avropa Liqasını qalibi olduqları 2011-2012 mövsümünü dəyərləndirib.
"Yaxşı hekayə idi. İlk gündən Avropa Liqasını qazana biləcəyimizə inanırdıq və belə də oldu. Biz səmimi mübarizə aparan yaxşı komanda idik. Qol vurduğumuz matçlarda məğlub olmaq çox çətin olsa da, qələbə qazanmaq üçün böyük üstünlüyümüz var idi. Qrupdakı "Seltik"lə matçlar çətin keçdi. Qol vurduğum matç çox asan olmadı. Buxarestdəki finalda baş məşqçi Marselo Byelsanın komandasında İker Muniain və Xavi Martinez kimi oyunçular var idi. Hamımız yaxşı oynadıq, amma Falkao çox yaxşı idi. 3:0 hesabı ilə qələbə qazandıq. Kubok oyunları ağır idi. Hələ də o günləri xatırlayanda çox emosional oluram. Çünki çox uzun və çətin oyun idi. Şübhəsiz, "Qalatasaray"da doğulub böyümüşəm, amma bundan əvvəl özümü "Atletiko"nun əfsanəsi kimi görürəm", deyə Arda bildirib.
Arda 2011-2015-ci illərdə "Atletiko"nun formasını geyinib.
Səbuhi Həsənov
Şərhlər