Xəbər lenti

Ararat Mirzoyanın Babil xəritələri: Sözün bitdiyi yer... – Politoloqun şərhi
Siyasət 13:30 02.05.2022

Ararat Mirzoyanın Babil xəritələri: Sözün bitdiyi yer... – Politoloqun şərhi

"Məsələnin bu şəkildə qoyulması çox doğru siyasətdir. Düşünülmüş, gələcəyə hesablanmış davranışdır. Azərbaycan həm Zəngəzuru, həm də gələcək perspektivdə Dilican dərəsini, İrəvanın özünü belə öz ərazisinə qata bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Bakının İrəvanla olacaq sülh danışıqlarında SSRİ dövründə Ermənistana verilən Zəngəzur ərazilərimizin geri qaytarılması məsələsinin gündəmə gətirilməsi vacibliyini vurğulayarkən deyib:

"Sülh masasında maksimum tələblər ortaya qoyulmalıdır ki, ən azından istədiyin minimum hədəflərə nail ola biləsən. İndi Ermənistan adlanan dövlətin yerləşdiyi ərazi əslində Azərbaycan torpaqlarıdır. SSRİ dönəmidə heç bir hüquqi-siyasi zəmi olmadan Ermənistana peşkəş edilib. Ona görə də sülh danışıqları prosesində maksimum tələblər ortaya qoymağımız üçün SSRİ yarananda Ermənistana peşkəş edilən Zəngəzur ərazilərimizin geri qaytarılması məsələsini də gündəmə gətirməliyik. Ermənistan xarici işlər naziri Mirzoyan Azərbaycan Prezidentinin xəritələrlə bağlı açıqlamasına kinayə kontekstində cavab verərək, həyasızcasına bildirib ki, eramızdan əvvəl 4-5 əsrlərdəki Babilistan dövründəki xəritələri də gətirək. Əslində, bu, sadəcə sözün bitdiyi yerdir. Heç bir dönəmdə, nə Babil dönəmində, nə də son 300 ildə heç bir dünya xəritəsində Ermənistan adlı dövlət olmayıb. Bu yöndə iddialar heç bir hüquqi zəmində öz təsdiqini tapmayıb. Ermənilər özlərindən uydurma tarix yaza bilər, amma onu təsdiq etmək mümkün deyil. Azərbaycan Prezidentinin tələb etdiyi və müzakirə predmeti olaraq ortaya qoyduğu şərtlər isə tarixi əsaslara söykənib”. 

Ekspert bildirir ki, məhz bu cür fikirlər, tarixi sənədlər ortaya qoyulmalıdır ki, ərazi bütövlüyümüz və suverenliyimiz tanınmadığı təqdirdə, Azərbaycan Ermənistana qarşı iddialar qaldıra bilsin:

"Hansı ki, bu iddialarımızın hüquqi və siyasi əsası var. Sülh müqaviləsi imzalanmasa, Azərbaycanın ərazi bütövlüyü tanınmasa, Prezidentin açıqladığı kimi, bu iddialarımızı qaldıracağıq”. 

Həmsöhbətimizin fikrincə, ardınca da həmin iddialar fonunda, həm hüquqi, həm də hərbi-siyasi davranışlar ortaya qoya biləcəyik:

"Azərbaycan istənilən lokal hərbi əməliyyatla həm Zəngəzuru, həm də gələcək perspektivdə Dilican dərəsini, İrəvanın özünü belə öz ərazisinə qata bilər. Geosiyasi şərtlər Azərbaycanın xeyrinə işləyir. Türkiyənin xarici işlər naziri Çavuşoğlu deyib ki, Türkiyə artıq regional güc olmaqdan çıxıb, qlobal gücə çevrilir. Qardaş Türkiyənin gücü isə həm də Azərbaycanın gücüdür”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->