Xəbər lenti

AP deputatı Ukraynada müharibənin dayanmamasının səbəbini açıqladı
Dünya 18:18 01.01.2024

AP deputatı Ukraynada müharibənin dayanmamasının səbəbini açıqladı

Ukraynadakı münaqişə Amerika hakimiyyətinin onu dayandırmaq istəməməsi səbəbindən davam edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Parlamentinin irlandiyalı deputatı Mik Uolles X sosial şəbəkəsində yazıb.

"Ukraynada ABŞ-NATO proksi müharibəsi ilə bağlı kifayət qədər qətnamələrimiz yox idi", deyə deputat bildirib.

O qeyd edib ki, Avropa nə Ukraynada, nə də Qəzza zolağında atəşkəs istəmir, çünki ABŞ bunu istəmir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->