Xəbər lenti

Anar Əsədli:
Siyasət 08:43 06.03.2023

Anar Əsədli: "Rusiya üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirə bilmir"

"Bu gün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına başlanarkən ermənilər  növbəti dəfə təxribata əl ataraq atəş açıblar. Baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Bu gün yaşananlar artıq qəti şəkildə bu qənaəti formalaşdırdı ki, Azərbaycan Rusiya "sülhməramlılarının" səlahiyyətinə dərhal son verməlidir”. 

Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
Anar Əsədli əlavə edib ki, Milli Məclisin təcili iclası çağırılmalı, Azərbaycan parlamentində ölkəyə gəlməsi ratifikasiya olunmamış rus "sülhməramlıların" ölkə ərazisindən çıxarılması barədə qərar qəbul edilməlidir. 

"Siyasi partiyaların rus hərbçilərinin vaxtından əvvəl ərazilərimizdənçıxarılması ilə bağlı təşəbbüslər irəli sürməsi, ictimaiyyətin bu məsələdə aktivliyini təmin etməsi prioritet məsələ olmalıdır. Rusiya-Türkiyə birgə hərbi monitorinq mərkəzinin rəylərini almaq və ictimaiyyətlə paylaşmaq başlıca məsələdir.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana növbəti səfəri zamanı ölkəmizin milli və strateji maraqları ilə ziddiyyət təşkil edən açıqlamaları göstərirdi ki, Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli atəşkəs Bəyannaməsinin müddəalarına əməl etməkdən boyun qaçırır, Rusiya isə üzərinə götürdüyü vasitəçilik missiyasını layiqincə yerinə yetirə bilmir. 
 
Lavrov Laçın dəhlizinə nəzarət-keçid məntəqəsinin qurulmasının müzakirə mövzusu olmadığı barədə danışarkən belə təxribatların olacağı bəlli idi. Hesab edirəm ki, Rusiya hərbiçilərinin "sülhməramlı" adı ilə ərazilərəimizdən çıxarılması üçün xalqı dərhal səfərbər etməli, bu istiqamətdə siyasi institutların birgə fəaliyyəti təmin olunmalıdır", - Anar Əsədli vurğulayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->